"Sabah" "Qəbələ"ni məğlub etdi

"Sabah" "Qəbələ"ni məğlub etdi
  16 Fevral 2026    Oxunub:565
Futbol üzrə Misli Premyer Liqasında XX tura yekun vurulub.

AzVision.az xəbər verir ki, bağlanış oyununda “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Xəyal Əliyev vurub.

Bu nəticədən sonra xallarını 49-a çatdıran Bakı klubu turnir cədvəlinə başçılıq edir. 14 xalı olan “qırmızı-qaralar” isə 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “İmişli”yə, “Zirə” “Karvan-Yevlax”a, “Araz-Naxçıvan” “Sumqayıt”a 1:0, “Neftçi” isə “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəlib. “Şamaxı” – “Turan Tovuz” matçında isə qapılara qol vurulmayıb – 0:0.

AzVision.az



Teqlər:



Xəbər lenti