İlon Mask Marsı Aya dəyişdi

   İlon Mask Marsı Aya dəyişdi
  07 Fevral 2026    Oxunub:2223
“SpaceX” şirkətinin təsisçisi İlon Mask bildirib ki, Ayda özünü təmin edən şəhərin qurulması şirkətin əsas prioritetlərindən biridir. Onun sözlərinə görə, Ayda ilk şəhər uzağı 10 ilə salına bilər.
İlon Mask “X” sosial şəbəkəsində yazıb: “SpaceX” diqqətini Ayda özünü təmin edən bir şəhər inşa etməyə yönəldib, çünki potensial olaraq bu məqsədə 10 ildən az müddətdə nail ola bilərik. Marsda isə bu, 20 ildən çox vaxt aparacaq”.

O qeyd edib ki, Marsa uçuş pəncərəsi hər 26 aydan bir açılır və səyahət müddəti təxminən altı ay davam edir. Bununla yanaşı, Mask vurğulayıb ki, Aya uçuşlar hər 10 gündə bir həyata keçirilə bilər və səfər cəmi iki gün çəkir.

Eyni zamanda, “SpaceX” rəhbəri şirkətin Marsda da şəhər tikintisi üzərində işləməyi planlaşdırdığını və bu istiqamətdə işlərə təxminən 5–7 il ərzində başlamağın nəzərdə tutulduğunu bildirib.


Teqlər: İlon-Mask   Ay  



Xəbər lenti