Uşaq xərçənginə qarşı ilk peyvənd
Dörd illik sınaq Avstraliyanın səkkiz uşaq xəstəxanasında aparılacaq. Buraya orta ömür müddəti iki ildən az olan beyin xərçəngi diaqnozu qoyulmuş 70 xəstə cəlb olunacaq. Hər bir peyvənd uşaqdakı şişin genetik profilinə əsasən fərdi qaydada yaradılacaq.
“Bu, beyin xərçənginin xüsusilə mürəkkəb formalarının müalicəsi üçün yeni, fərdiləşdirilmiş yanaşmadır. Birinci mərhələdə alimlər təhlükəsiz və effektiv dozanı müəyyənləşdirəcəklər. İkinci mərhələdə isə onlar müalicənin xəstəliyin gedişatını necə yavaşıtdığını, yaşamaq müddətini necə artırdığını, xəstələrin və onların ailələrinin həyat keyfiyyətini yaxşılaşdırdığını qiymətləndirəcəklər”, - tədqiqatda iştirak edən professor Cordan Hansford vurğulayıb.
Məlumatda peyvənd texnologiyasının “mRNA” platformasına əsaslandığı bildirilir. Şişin unikal genetik markerlərini müəyyən etdikdən sonra hər bir uşaq üçün fərdi hədəflər dəsti seçiləcək və müvafiq dərman hazırlanacaq.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Avstraliya uşaq xərçəng peyvənd







Vaxtında, Aydın, Lazımlı!


