Ölkə üzrə ekstern imtahanları keçirilib
"Cari ildə keçiriləcək monitorinqlərdə elektron formada imtahana cəlb edilən şagirdlərin sayının daha da artırılması istiqamətində təhlillər aparılır. Elektron imtahan infrastrukturunun genişləndirilməsi və iştirakçılar üçün daha əlverişli şəraitin yaradılması istiqamətində işlər davam etdirilir. 2026-cı ilə qədər imtahan mərkəzlərinin sayının 59-a (2022-ci ildə 15), eyni anda imtahanda iştirak edənlərin sayının 12 min nəfərə (2022-ci ildə 5 min), imtahanların təşkil olunduğu şəhərlərin sayının 26-ya (2022-ci ildə 10) çatdırılması hədəflənir".
İmtahanların elektron təşkili qiymətləndirmədə şəffaflığı və obyektivliyi artırır, insan amilindən asılılığı minimuma endirir:
"Prosesin rəqəmsal şəkildə izlənməsi nəzarəti gücləndirir və daha ədalətli və etibarlı imtahan mühiti yaradır. Bu istiqamətdə fəaliyyətlərimiz genişləndirilərək davam edəcək".
AzVision.az
Teqlər: imtahan







Vaxtında, Aydın, Lazımlı!


