"Qarabağ"ın pley-offda rəqibi müəyyənləşib

"Qarabağ"ın pley-offda rəqibi müəyyənləşib
  30 Yanvar 2026    Oxunub:2036
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılan püşkün nəticəsinə əsasən, Azərbaycan çempionu "Qarabağın" rəqibi İngiltərənin "Nyukasl" klubu olub.
AzVision.az xəbər verir ki, "Qarabağ" ilk matçını fevralın 17-18-də evdə, cavab oyununu isə fevralın 24-25-də səfərdə keçirəcək. Klubumuz bu raundu adlayacağı təqdirdə 1/8 finalda "Barselona" (İspaniya), yaxud "Çelsi" ilə (İngiltərə) üz-üzə gələcək.

Ağdam təmsilçisi Çempionlar Liqasının liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.

AzVision.az


Teqlər: Qarabağ  



Xəbər lenti