ABŞ səfirliyi "Qarabağ"a təbrik ünvanlayıb

ABŞ səfirliyi "Qarabağ"a təbrik ünvanlayıb
  29 Yanvar 2026    Oxunub:1816
ABŞ-nin Azərbaycandakı səfirliyi "Qarabağ" futbol klubunu UEFA Çempionlar Liqasının "play-off" mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, təbrik mətni səfirliyin sosial şəbəkə hesabında yayımlanıb:

"ABŞ səfirliyi "Qarabağ" futbol klubunu UEFA Çempionlar Liqasının "play-off" mərhələsinə yüksəlməsi münasibətilə səmimi qəlbdən təbrik edir. Bu, Azərbaycan futbolu tarixində ilk belə nailiyyətdir! Bu uğur Avropanın ən mötəbər futbol səhnəsində nümayiş etdirilən əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın nəticəsi olan ardıcıl güclü çıxışların məntiqli yekunudur. ABŞ iyun ayında FIFA Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşarkən, idmanın insanları bir araya gətirmək, sərhədləri və mədəni fərqləri aşmaq kimi bənzərsiz gücünü bir daha xatırlayır. Dünyanın dörd bir yanında azarkeşlərə futbolun sevincini yaşadan daha çox unudulmaz anların olacağına inanırıq!"

AzVision.az


Teqlər: ABŞ-səfirliyi   Qarabağ   təbrik  



Xəbər lenti