"Liverpul"un baş məşqçisi: "Rəqib komandaya hörmətlə yanaşırdıq"
Mütəxəssis evdə "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:
"Maraqlı oyuna şahidlik etdik. Rəqibə hörmətlə yanaşırdıq. Çətin matçları geridə qoyduq. Çempionlar Liqasında ilk "8-lik"də yer almaq sevindiricidir".
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitib.
AzVision.az
Teqlər: UEFAÇempionlarLiqası Qarabağ Liverpul







Vaxtında, Aydın, Lazımlı!


