İlham Əliyev "Qarabağ"ı təbrik etdi

   İlham Əliyev "Qarabağ"ı təbrik etdi
  22 Yanvar 2026    Oxunub:1709
"Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm!" Bu sözlər Prezident İlham Əliyevin sosial şəbəkə hesabında "Qarabağ" klubunun qələbəsi ilə bağlı paylaşımındandır.
Prezident vurğulayıb ki, hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapıb: "Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!"


Teqlər: Prezident   Qarabağ  



Xəbər lenti