Meta 20 illik nüvə enerjisi müqavilələri imzalayıb
Bu razılaşmalar 2035-ci ilə qədər Meta-ya ümumilikdə 6,6 giqavatt enerji təmin etməyi hədəfləyir. Vistra-nın Perry, Davis-Besse və Beaver Valley zavodlarından alınacaq enerji, həm stansiyaların genişləndirilməsi, həm də fəaliyyət müddətlərinin 2047-ci ilə qədər uzadılması üçün istifadə ediləcək.
Meta-nın TerraPower və Oklo ilə tərəfdaşlığı yeni nüvə texnologiyalarının tətbiqinə yönəlib. TerraPower 2035-ci ilə qədər 690 meqavatlıq səkkiz modul reaktor, Oklo isə 2030-cu ilə qədər Ohayoda 1,2 giqavatt güc hasil etməyi planlaşdırır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


