Mbappe “El Klasiko”da meydana çıxa bilər

Mbappe “El Klasiko”da meydana çıxa bilər
  09 Yanvar 2026    Oxunub:2813
"Real Madrid"in futbolçusu Kilian Mbappe İspaniya Superkubokunun final matçında "Barselona"ya qarşı oynaya bilər.
Bu barədə "kral klubu"nun baş məşqçisi Xabi Alonso açıqlama verib. Onun sözlərinə görə, fransalı hücumçu 24 saat ərzində Səudiyyə Ərəbistanına gələcək: "Kilian hazırda özünü yaxşı hiss edir və onun finalda oynamaq şansı yüksəkdir".

Qeyd edək ki, Kilian Mbappe dizindəki ağrılara görə La Liqada "Betis" və Superkubokda "Atletiko" ilə oyunları buraxıb.

AzVision.az


Teqlər:



Xəbər lenti