Fransada milyon avroluq qarət baş verib

Fransada milyon avroluq qarət baş verib
  07 Yanvar 2026    Oxunub:488
Fransada amerikalı dizayner Kris Ayrenin dəyəri 1 milyon avrodan çox olan zərgərlik məmulatları oğurlanıb.
AzVision.az xəbər verir ki, bu barədə "France 3" məlumat yayıb.

Hadisə Villefranş-sur-Merdə (Kot-d'Azur kommunasında) baş verib. Cinayət dizaynerin icarəyə götürdüyü mənzildə törədilib.

Cinayətkarlar həmçinin dizaynerdən 6 000 avro nağd pul da oğurlayıblar.

Nitsa prokurorluğu faktla bağlı istintaq başladıb.

AzVision.az



Teqlər:



Xəbər lenti