Sübut olundu: Arıqlamaq beyini gəncləşdirir

   Sübut olundu:    Arıqlamaq beyini gəncləşdirir
  31 Dekabr 2025    Oxunub:2521
Yeni araşdırmalar göstərib ki, artıq çəkidən qurtulan insanların beyni də “gəncləşir”. Piylənmə və 2-ci növ diabetin ərəfəsində olmaq isə beyni sürətlə qocaltmaqla, yaddaşı, eləcə də düşünmək qabiliyyətini zəiflədir.
Artıq çəki və 2-ci növ diabet maddələr mübadiləsinin pozulması deməkdir. Bu isə beyinə pis təsir göstərir. Almaniyada aparılan təcrübələr zamanı maddələr mübadiləsinin qaydaya salınması yolu ilə artıq çəkidən qurtulan insanlarda beynin daha yaxşı işləməyə başlaması MRT vasitəsilə təsdiqlənib.

Müşahidələr göstərib ki, bədənin insulin müqavimətinin və qanda leptin hormonunun azalması beyinin gəncləşməsinə birbaşa təsir göstərir. Sınaqda iştirak edənlər koqnitiv qabiliyyətlə əlaqəli test tapşırıqlarını daha sürətlə yerinə yetirməyə başlayıblar.

Samir Quliyev
AzVision.az


Teqlər: Beyin  



Xəbər lenti