Günəşin səthində güclü partlayış olub
“Bu gün səhər tezdən Günəşin şərq kənarında əsas M5.1 məşəli qeydə alınıb. Hadisənin intensivliyi ən yüksək X bal həddinin təxminən yarısı qədər olub. Maksimal emissiya Bakı vaxtı ilə saat 05:50-də qeydə alınıb”, - xəbərdə deyilir.
Mütəxəssislərin fikrincə, partlayış aktivliyinin gözlənilən pik nöqtəsi Yeni il bayramları zamanı baş verə bilər. Bununla belə, Yeni il ərəfəsində maqnit qasırğalarının və parlaq auroraların yaranma ehtimalı hazırda aktiv regionların Günəş-Yer xəttindən əhəmiyyətli məsafədə olması səbəbindən aşağı hesab edilir.
Günəş alışmaları rentgen şüalanma səviyyəsinə görə beş kateqoriyaya bölünür: A, B, C, M və X. Minimum sinif A0.0 Yer orbitində hər kvadrat metrə 10 nanovat olan radiasiya gücünə uyğundur. Növbəti sinfə keçərkən güc 10 dəfə artır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


