Ən çox kredit alan universitetlər açıqlanıb

Ən çox kredit alan universitetlər açıqlanıb
  25 Dekabr 2025    Oxunub:2072
Son 4 il ərzində Təhsil Tələbə Krediti Fondundan ən çox kredit alan ali təhsil müəssisələri müəyyənləşib.
AzVision.az xəbər verir ki, bu barədə Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nın hesabat tədbirində məlumat verib. O diqqətə çatdırıb ki, vurğulanan dövrdə ən çox kredit İqtisad Universitetinə verilib:

"Bu universitetin ümumilikdə 4365 tələbəsinə kredit verilib. Bu kreditlərin 971-i sosial, qalanı isə standart növdədir. İkinci ən çox kredit almış təhsil müəssisəsi Gəncə Dövlət Universiteti (4056 tələbə), üçüncüsü isə Azərbaycan Texniki Universitetidir (3441 tələbə). Bakı Dövlət Universiteti isə dördüncü sırada qərarlaşıb. Bu təhsil müəssisəsindən son 4 il ərzində 3223 tələbəyə kredit ayrılıb".

Bəhruz Əzimovun sözlərinə görə, ən çox kredit ayrılmış ixtisaslar isə biznesin idarə edilməsi (4647), Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (2434) və sosial iş (2203) ixtisaslarıdır.


AzVision.az


Teqlər: təhsil   kredit  



Xəbər lenti