21 peşə təhsili müəssisəsi yenidən qurulacaq

21 peşə təhsili müəssisəsi yenidən qurulacaq
  25 Dekabr 2025    Oxunub:1343
"2030-cu ilədək 21 peşə təhsili müəssisəsi yenidən qurulacaq, 2 müəssisədə isə əsaslı təmir işləri həyata keçiriləcək".
AzVision.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Təhsil Tələbə Krediti Fondunun hesabat tədbirində dilə gətirib. O diqqətə çatdırıb ki, bu sahədə əsas problemlərdən sayılan infrastruktur məsələsi artıq öz həllini tapmaqdadır:

"Beləliklə, peşə təhsili alan və təhsilə yeni cəlb olunan, eyni zamanda, kredit mexanizmlərindən yararlanan tələbələrin sayı da artacaq".

AzVision.az


Teqlər: təhsil   tələbə  



Xəbər lenti