Təhsil kreditlərinə xərclənən vəsait açıqlanıb

Təhsil kreditlərinə xərclənən vəsait açıqlanıb
  25 Dekabr 2025    Oxunub:1452
"Bu günədək təhsil tələbə kreditləri üzrə 64 milyon manatdan çox vəsait xərclənib".
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nın hesabat tədbirində məlumat verib. O bildirib ki, vəsaitlərin təxminən 39 milyon manatdan çoxu standart, 25 milyon manatdan çox hissəsi isə sosial təhsil tələbə kreditlərinin payına düşüb:

"Son 4 il ərzində ölkənin müxtəlif regionlarında ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində görüşlər təşkil olunub. 90 000-ə yaxın tələbə, abituriyent, şagird, valideyn və pedaqoji heyət maarifləndirici infosessiyalara cəlb edilib".

Sədrin sözlərinə görə, indiyədək 2 tələbəsi olan 1 667 ailədə ümumilikdə 3 334 tələbə, 3 tələbəsi olan 41 ailədən 123 tələbə, 4 tələbəsi olan 3 ailədən isə 12 tələbə təhsil tələbə kreditindən yararlanıb:

"Ümumilikdə, 1 711 ailəni əhatə edən 3 469 tələbə TTK mexanizmi çərçivəsində kreditlə təmin olunub".

AzVision.az


Teqlər: təhsil   kredit  



Xəbər lenti