Samuray Aİ

// Yaponiya milli süni intellektə 19 milyard dollar ayırır

   Samuray Aİ
  21 Dekabr 2025    Oxunub:1557
Yaponiya hökuməti özəl sektorla birlikdə milli süni intellekt modelini yaratmaq üçün təxminən 3 trilyon yen (təxminən 19 milyard dollar) xərcləmək niyyətindədir.
“Yomiuri” qəzeti yazır ki, layihədə “SoftBank” kimi nəhənglər də daxil olmaqla 10-dan çox yerli şirkət iştirak edəcək. Hökumət xərclərin təxminən üçdə birini ödəmək niyyətindədir. Qalan hissəsini özəl firmalar investisiya kimi yatıracaqlar.

Yaponiyanın öz süni intellektinin inkişafına 2026-cı ildə başlanılması gözlənilir. Buraya qabaqcıl məlumat mərkəzlərinin tikintisi də daxil olacaq. Bu süni intellekt modelinin yerli istehsal robototexnikasında da istifadə edilməsi gözlənilir.


Teqlər:   Yaponiya  



Xəbər lenti