(Sənayeləşmədən qabaqkı dövrə nisbətdə 2000-ci ildən bəri qlobal temperatur artımı)
Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatına üzv ölkələr tərəfindən 2015-ci ildə imzalanmış "Paris Sazişi"nə əsasən, qlobal temperatur artımının sənayeləşmədən qabaqkı səviyyədən 1,5 dərəcəyədək məhdudlaşdırılması hədəfi qarşıya qoyulmuşdu. Son illər isə mütəxəssislər artıq belə bir hədəfə çatmağın mümkünlüyünə şübhə ilə yanaşırlar.
|
| Avropada ənənəyə qayıdış: Benzin elektrikə qalib gəldi |
Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində daxili yanma mühərrikli nəqliyyat vasitələrinə qarşı kampaniyanın da özünü doğrultmadığı ötən günlərdə üzə çıxıb. Belə ki, Avropa İttifaqı (Aİ) həmin növ avtomobillərin istifadəsinə qarşı 3 il qabaq qoyduğu qadağanı istehsaçıların təzyiqi fonunda 2035-ci ilədək təxirə salıb. Belə bir addım Aİ-nin özünün "yaşıl siyasəti"ndən ən böyük geri çəkilməsi sayılır.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


