Günəşdə iki güclü partlayış olub
Bildirilib ki, bir neçə günlük sakitlikdən sonra Günəş diskinin mərkəzinə yaxın 4299-cu aktiv bölgədə qoşa alovlanma müşahidə edilib. Birinci alovlanma M1.1 sinfi üzrə Bakı vaxtı ilə saat 21:21-də, ikinci isə daha güclü M8.1 sinfi üzrə saat 22:39-da maksimum səviyyəyə çatıb.
Alimlər daha əvvəl günəş ləkələrinin superpartlayış üçün enerji toplaya biləcəyini bildirmişdilər. Qeyd olunub ki, Yerə yaxınlaşan günəş ləkələrinin cənub qrupu 2025-ci il üçün ən böyük ölçülərinə çatıb.
Günəş alışmaları maqnit sahələrində toplanan enerjinin qəfil sərbəst buraxılması nəticəsində baş verir. Belə alovlanmalar Yer üzərində radio əlaqələrində pozuntulara və uzunmüddətli maqnit fırtınalarına səbəb ola bilər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


