Ayda məskunlaşmağın ən yaxşı variantı

   Ayda məskunlaşmağın ən yaxşı variantı
  01 Dekabr 2025    Oxunub:2008
Ayda gələcək yaşayış məntəqələrini modullar şəklində planetin səthində deyil, kraterlərin içərisində, tunellərdə inşa etmək ən yaxşı variantdır.
AzVision.az Ay
insanxəbər verir ki, unu RİA Novosti-yə Rusiyanın Qəhrəmanı, kosmonavt Fyodor Yurçixin yerli mətbuata açıqlamasında belə deyib. deyib.

Onun sözlərinə görə, reqolitlə (Ay torpağı) örtülmüş yaşayış modullarının yığılması ideyası mövcuddur.

“Mən belə layihələrə baxanda həmişə soruşuram ki, bəs bellə orada kim olacaq? Orada lunatiklər yoxdur. Axı radiasiyadan və mikrometeoritlərdən qorunmaq lazımdır. Aya baxın: atmosferi olmadığı üçün hər şey cızıq-cızıqdır. Orada heç nə yanmır, hər şey onun səthinə düşür”, - kosmonavt bildirib.

Yurçixinin sözlərinə görə, bunün üçün də həmişə gələcəkdə son nəticədə krater yamacında tunellər tikmək və sonra onlara modullar yerləşdirilməli olduğunu vurğulayıb. Çünki bu halda modulların yuxarısındakı qayalar məskunlaşanları qoruyacaq.

Xatırladaq ki, bundan əvvəl Amerika Kosmik Agentliyinin (NASA) rəhbəri vəzifəsini icra edən Şon Daffi ABŞ-nin 2035-ci ilə qədər Ayda insanların məskunlaşacağı bir kənd salmaq istədiyini açıqlamışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ay   insanlar   məskunlaşmaq  



Xəbər lenti