Uçan maşın: fantastikadan reallığa

      Uçan maşın:    fantastikadan reallığa
  04 Noyabr 2025    Oxunub:4185
Çinin “XPeng” elektrik avtomobil istehsalçısı ölkənin cənubunda yerləşən zavodunda uçan avtomobillərin sınaq istehsalına başlayıb.
AzVision.az xəbər verir ki, Çinin “Sinxua” agentliyi belə nəlumat yayıb.

“Çinin “Xpeng” elektrik avtomobil istehsalçısının uçan avtomobil bölməsi olan “XPeng Aeroht” şirkəti noyabrın 4-də elektrik şaquli qalxma və eniş (VTOL) təyyarələrinin kütləvi istehsalı üçün dünyanın ilk ağıllı zavodunda sınaq istehsalına start verib”, - xəbərdə deyilir.

Agentlik bildirir ki, Çinin cənubundakı Quandun əyalətinin Quançjou şəhərində yerləşən 120 min kvadratmetrlik zavod artıq “Land Aircraft Carrier” modul avtomobilinin ilk çıxarıla bilən elektrik təyyarəsini istehsal edib.

İlkin layihə gücü 5 min ədəd olan Quançjou zavodu ildə 10 min ədəd çıxarıla bilən təyyarə modulu buraxmağı planlaşdırır. Zavod tam istismara verildikdən sonra hər yarım saatda bir təyyarə yığa biləcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   uçan-maşın   istehsal  



Xəbər lenti