Alimlərdən təbbi fəlakətlə bağlı xəbərdarlıq
“Gələcəkdə dəniz səviyyəsinin qalxacağı gözlənilir ki, bu da sahilyanı şəhərlərin davamlı şəkildə su altında qalmasına səbəb olacaq”, - hesabatda qeyd olunur.
Alimlərin fikrincə, Afrika, Cənub-Şərqi Asiya, Cənubi və Mərkəzi Amerikada sahilyanı şəhər tikintiləri yüksək daşqın riski altındadır. Tədqiq olunan ərazidəki 840 milyon binadan 136 milyonu 2100-cü ilə qədər dəniz səviyyəsinin 20 metr qalxmasından zərər çəkəcək. Bu binaların çoxu əhalinin sıx məskunlaşdığı alçaq ərazilərdə yerləşdiyindən limanlar, infrastruktur və mədəni irs obyektləri də risk altına düşə bilər.
- İqlim dəyişikliyi və dəniz səviyyəsinin qalxması okeanın yaxınlığında yaşayıb-yaşamamağımızdan asılı olmayaraq hər birimizə təsir edəcək”, - Makqill universitetinin professoru Erik Qelbreyt vurğulayıb.
Tədqiqatın müəlliflərinin iddiasına görə, bu hesablamalar gələcəkdə dəyəcək ziyanı minimuma endirmək üçün nəticələrdən istifadə edə biləcək memarlara, planlaşdırıcılara və tərtibatçılara vacib məlumat verir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: daşqınlar xəbərdarlıq







Vaxtında, Aydın, Lazımlı!


