Formula 1 pilotları qutab hazırlayıblar I FOTOLAR

 Formula 1 pilotları qutab hazırlayıblar    I FOTOLAR
  19 Sentyabr 2025    Oxunub:2742
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Paddok ərazisində yerləşən "Chill Zone"də maraqlı anlar yaşanıb.
Bakı Şəhər Halqasından AzVision.az -a verilən məlumata görə, "Alpin" komandasının sürücüləri Franko Kolapinto və Pyer Qasli, eləcə də "Red Bull"un pilotu Yuki Tsunoda Azərbaycan mətbəxinin sevilən təamlarından olan qutab hazırlayıblar.

Xüsusi məkanda təşkil olunan tədbirdə qonaqlar pilotların hazırladığı yeməyi dadmaqla yanaşı, onların bişirmə prosesini də izləyiblər. Kolapinto tapşırığa böyük ciddiyyətlə yanaşıb, qutabları diqqətlə hazırlayaraq nəticədən sonra sevincini gizlətməyib. Qasli isə yumorla fərqlənib – hazırladığı qutab ənənəvi formadan uzaq olsa da, zarafatla “Kim deyib ki, qutab mütləq yumru olmalıdır?”, – deyə bildirib.

Sonda pilotlar həmkarlarını və qonaqları hazırladıqları qutablarla qonaq ediblər. Argentinalı jurnalist Xuan Fossarolinin sözlərinə görə, sürücülərin təamı gözləniləndən də dadlı alınıb. Tədbirdən yayılan görüntülər isə qısa zamanda sosial şəbəkələrdə böyük maraq doğurub.

AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti