Kəlbəcərdə partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlandı

Kəlbəcərdə partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlandı
  21 İyul 2026    Oxunub:297
Kəlbəcər rayonunda baş verən partlayış hadisəsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Partlayış nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü şəxs (kişi) bu gün saat 17:10 radələrində Gəncə Birləşmiş Xəstəxanasına hospitalizasiya olunub.

"Müxtəlif bədən xəsarətləri alan pasiyentə zəruri tibbi xidmətlər göstərilib", - məlumatda bildirilib.

Qeyd edilib ki, xəsarət alan şəxs yazılı iltizamnamə əsasında tibbi xidmətdən imtina edib və tibb müəssisəsindən buraxılıb.


Teqlər:






Xəbər lenti