Bu gün şəhərlərin inkişafı və genişlənməsi də, zəifləməsi, boşalması və hətta tarixə qovuşması da iqtisadi amillərlə bağlıdır. WUF13-ün əsas mövzularından biri mənzil təminatı və mənzil əlçatanlığıdır. Həm mənzillərin tikilməsi, həm də alıcı tərəfindən alınması prosedurları (istər nağd, istər ipoteka) maliyyə və iqtisadi imkanlarla birbaşa əlaqəlidir.
|
| 569 QHT “Bakı Bəyannaməsi”ni imzaladı |
Şəhərsalma və iqtisadiyyat arasındakı digər sıx əlaqələrdən biri də şəhərlərin inkişafı ilə ölkənin iqtisadi inkişafı arasındakı müsbət korrellyasiyadır. Yəni, ölkə iqtisadiyyatı nə qədər inkişaf edərsə, şəhərlər də bir o qədər inkişaf edər.
Digər məsələ isə şəhərdə demoqrafik vəziyyətlə şəhərlərin inkişafı arasındakı əlaqədir.
- Burada mənim araşdırmalarıma görə yüksək müsbət korelyasiya yoxdur. Bir tərəfdə yüksək inkişaf etmiş və əhalisi çox olan London, New York, Tokio, Seul, digər tərəfdə Hindistan, Pakistan, Banqladeşin, Latın Amerikası ölkələrinin çoxsaylı əhaliyə malik şəhərləri, Misirin paytaxtı Qahirə və sair var. Bir şəhərin kəmiyyət baxımından artımı və genişlənməsi ilə keyfiyyət parametrləri üzrə dayanıqlı inkişafı tamamilə fərqli məsələlərdir,- Elman Sadıqov vurğulayıb.







Vaxtında, Aydın, Lazımlı!


