Kannda Azərbaycan filmi göstəriləcək
Məlumat üçün qeyd edək ki, "Erkən hisslər" qısametrajlı bədii filmi Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə "Rental Azərbaycan" tərəfindən istehsal olunub. Filmin rejissoru Nurlan Həsənli, prodüseri Emil Nəcəfovdur və film dünya premyerasını 65-ci Krakov Beynəlxalq Film Festivalında edib.
ARKA tərəfindən post-prodakşn dəstəyi göstərilən, rejissoru İzabela Plucinska olan "Yulaf dönərgə" isə Polşa-Almaniya-Azərbaycan ortaq istehsalıdır və filmin prodüserləri müvafiq olaraq Paulina Ratajczak (“Las Sztuki Foundation”), Karsten Matern (“Wait a Second!”) və Rəşid Ağamalıyevdir (“PERİ FİLM”, ”ANİMAFİLM”). Film dünya premyerasını 30-cu Animak Kataloniya Beynəlxalq Animasiya Film Festivalında edib.
ARKA tərəfindən Nurlan Həsənlinin proqramda iştirakına səfər dəstəyi göstərilib.







Vaxtında, Aydın, Lazımlı!


