Kiprdə Azərbaycanlı rəssamın uğuru │ FOTOLAR

   Kiprdə Azərbaycanlı rəssamın uğuru    │ FOTOLAR
  18 May 2026    Oxunub:2572
Azərbaycanlı rəssam Ramina Səadətxan Kiprin Limassol şəhərində keçirilən VIMA 2026 beynəlxalq incəsənət sərgisində Latviya qalereyası tərəfindən təqdim olunan solo stendlə iştirak edərək böyük uğura imza atıb.
Rəssam sərgidə təqdim etdiyi əsərlərlə ziyarətçilərin xüsusi diqqətini cəlb edib və keçirilən səsvermənin nəticələrinə əsasən “Audience Choice” mükafatına layiq görülərək 1-ci yerin qalibi olub.


Ramina Səadətxan fərdi ekspozisiyası insanın daxili dünyası, emosional transformasiya və intuitiv hisslər mövzularını əhatə edən əsərlərlə beynəlxalq auditoriyada böyük maraq doğurub. Onun rəng və forma üzərində qurduğu özünəməxsus vizual dili sərginin ən çox müzakirə olunan təqdimatlarından biri kimi qiymətləndirilib.


VIMA 2026 çərçivəsində əldə olunan bu uğur Azərbaycan müasir incəsənətinin beynəlxalq platformalarda daha geniş tanınması baxımından mühüm hadisə hesab olunur.







Teqlər: Rəsm  



Xəbər lenti