Tədqiqatlar şəhərin dəmiryolu stansiyasının yaxınlığındakı sahilboyu ərazidə, təxminən 2 kilometr radiusda həyata keçirilib. Kəşfiyyat zamanı sahildən XI-XIII əsrlərə aid çoxsaylı şirsiz və şirli saxsı qab fraqmentləri aşkarlanaraq toplanılıb.
Arxeoloqların ehtimallarına görə, vaxtilə bu ərazidə Orta əsrlərə aid yaşayış məskəni olub. Xəzər dənizinin səviyyəsinin qalxması nəticəsində həmin yaşayış yerinin bir hissəsinin su altında qaldığı bildirilir.
Mütəxəssislər sahilboyu ərazini ətraflı şəkildə nəzərdən keçirib, gələcəkdə burada müasir metodlardan istifadə olunmaqla daha geniş arxeoloji və sualtı tədqiqatların aparılması imkanlarını müzakirə ediblər.







Vaxtında, Aydın, Lazımlı!


