Portuqal gəmisi: Zəhərli və təhlükəli

   Portuqal gəmisi:    Zəhərli və təhlükəli
  17 May 2026    Oxunub:2921
2016-ci ildə “Ocean Art 2016” sualtı fotoqrafiya müsabiqəsinin qalibi olmuş bu şəkildə mayakla işıqlandırılmış Portuqal gəmisini görürsünüz. Elmi adı “Physalia physalis” olan Portuqal gəmisi meduzaya çox oxşasa da, hidroidlər sinfinin sifonofor dəstəsindən olan canlıdır.
Portuqal gəmisi digər sifonoforlardan fərqli olaraq, suyun səthinə yaxın üzür, ona görə də elmə çoxdan məlumdur. Onu vaxtilə hələ Karl Linney 1758-ci ildə təsvir etmişdi. XV əsrə aid Portuqaliya yelkənli hərbi gəmilərinə oxşadığı üçün belə adlanır.


O da gəmi kimi öz “yelkən”ini – üzgəcini küləklə dolduraraq böyük məsafələr qət edə bilir. Arxasınca isə düşmənlərinə ölümcül yara vura bilən ətrafları uzanır. Qidanın ovlanması üçün də sifonofor onlardan istifadə edir. Yeri gəlmişkən, bu canlının zəhəri insan üçün də çox təhlükəlidir.


Bu “gəmi”nin “heyəti” də var – sifonofora əslində bir canlı yox, canlılar koloniyasıdır. Bir-biri ilə bağlanmış meduza və poliplərin kollektividir. Onların hər birinin ümumi orqanizmdə öz rolu və vəzifəsi var. Biri qidanı həzm edir, digəri çoxalma ilə məşğuldur...

Samir Quliyev
AzVision.az


Teqlər: Elm  



Xəbər lenti