Niyə təbiətdə gəzinti insanları xoşbəxt edir?
İştirakçılar gündəlik həyatda təbiətlə nə dərəcədə təmasda olduqları, təbiətə yaxınlıq hissi, çətin anlarda özlərinə münasibətləri, təbiətdə vaxt keçirdikdən sonra özlərini necə hiss etdikləri, həmçinin öz bədənlərinə münasibət və həyatlarından məmnunluq səviyyəsi ilə bağlı sualları cavablandırıblar. Araşdırmanın nəticələri “Environment International” jurnalında dərc olunub.
Tədqiqatçılar təbiətlə təmasın həyatdan məmnunluğa necə təsir göstərdiyini izah edən statistik model hazırlayıb və onu yoxlayıblar. Məlum olub ki, burada əsas vasitəçi rolunu insanın öz bədəninə müsbət münasibəti oynayır. Bu münasibətin formalaşmasına isə üç amil təsir edir: insanın özünə anlayışla yanaşması, təbiətlə əlaqə hissi və təbiətdə olduqdan sonra yaranan rahatlıq və bərpa hissi. Araşdırmanın mühüm hissələrindən biri də bu modelin yaş və cinsdən asılı olmayaraq müxtəlif ölkələrdə eyni şəkildə işləyib-işləmədiyini müəyyən etmək olub.
Sorğuların nəticələri göstərib ki, insanların təbiətdə daha çox vaxt keçirməsi həm həyat məmnunluğunu, həm də öz bədənlərinə qarşı pozitiv münasibəti yaxşılaşdırır. Lakin bu təsir dolayı şəkildə baş verir. Təbiətlə təmas insanın özünə daha anlayışla yanaşmasına kömək edir, bu isə öz bədəninə qarşı daha müsbət münasibət formalaşdırmasını asanlaşdırır və nəticədə həyatdan məmnunluq səviyyəsini artırır.
İkinci mexanizm psixoloji rahatlıq və bərpa ilə bağlıdır. Təbiət insana sakitlik, rahatlıq və düşüncə aydınlığı verir. Bu vəziyyət insanın öz bədəninə qarşı pozitiv münasibəti yaxşılaşdırır, bu da öz növbəsində ümumi rifah səviyyəsini artırır. Üçüncü yol, yəni insanın təbiətlə vəhdət hissi duyması isə bəzi əvvəlki nəticələrin əksinə olaraq zəif təsir göstərib.
Model müxtəlif mədəniyyətlərdə də sabit nəticələr göstərib. O, yaş və cinsindən asılı olmayaraq, insanlar üçün eyni şəkildə işləyib və 58 ölkədən 53-də təsdiqlənib. Yalnız Braziliya, Hindistan, Pakistan, Latviya və Tayvanda nəticələrdə müəyyən fərqlər müşahidə olunub. Tədqiqatçılar bunu yerli mədəni xüsusiyyətlər və ya araşdırmada iştirak edən qrupların fərqli olması ilə izah edirlər.
Teqlər: Rekreasiya







Vaxtında, Aydın, Lazımlı!


