Yol kənarında bitən dərman
// Şam ağacı güclü antibiotik ola bilər
Tədqiqat zamanı, həmçinin güclü antimikrob aktivliyi nümayiş etdirən qətran birləşmələrinə əsaslanan yağ-su emulsiyası hazırlanıb. Emulsiyaların qızılı stafilokokk (Staphylococcus aureus) da daxil olmaqla bakteriyalara, maya göbələklərinə və antibiotiklərə davamlı ştamlara qarşı təsirli olduğu, həmçinin bioplyonkaların əmələ gəlməsinin qarşısını ala bildiyi və mövcud olanları məhv edə bildiyi aşkar edilib.
Alimlər vurğulayırlar ki, bitki mənşəli müalicələrə marağın artması antibiotik rezistentliyinin yayılması fonunda müşahidə olunur. Şam ağacı qətranı əsrlər boyu Şimali Avropa ölkələrində xalq təbabətində istifadə edilib.
E.Haapakorvanın fikrincə, əldə edilən nəticələrə baxmayaraq, mövzu hələ də az öyrənilmiş qalır və əlavə tədqiqatlar tələb edir.
Onun bu mövzu üzrə dissertasiyası mayın 8-də Şərqi Finlandiya Universitetində müdafiə olunacaq.







Vaxtında, Aydın, Lazımlı!


