Bu gün yarımfinaldır

Bu gün yarımfinaldır
  30 Aprel 2026    Oxunub:2353
Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları baş tutacaq. "Rayo Valyekano" İspaniyada Fransanın "Strasburq", Ukraynanın "Şaxtyor" komandası isə Polşada İngiltərənin "Kristal Pelas" kollektivini sınağa çəkəcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Cavab matçları mayın 7-də keçiriləcək.

Bu gün həmçinin UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. "Braqa" Portuqaliyada Almaniya təmsilçisi "Frayburq"u qəbul edəcək. İngiltərə komandalarının duelində isə "Nottinqem Forest" evdə "Aston Villa" ilə qarşılaşacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Mərhələnin cavab matçları mayın 7-də təşkil olunacaq.


Teqlər: Futbol  



Xəbər lenti