Avtopilot ayıq sürücü deyil!

Avtopilot ayıq sürücü deyil!
  30 Aprel 2026    Oxunub:2998
ABŞ-də "Tesla"nı avtopilot rejimində idarə edən 37 yaşlı qadın sürücü Kimberli Braun həbs olunub. Hadisə Florida ştatında baş verib. Qadın magistral yolda öz avtomobilini idarə edərkən yatmış vəziyyətdə olub. Müvafiq yoxlamalardan sonra onun qanındakı spirtin miqdarı qanunla müəyyən olunmuş həddən iki dəfə çox çıxıb. Xanım sürücü evə getmək üçün avtopilot sisteminə güvənib və bu, onun həbs olunmasına gətirib çıxarıb.
"Tesla" şirkətinin istehsal etdiyi avtomobillərdə olan avtopilot funksiyasından bəzi insanlar sui-istifadə edirlər. Belə ki, hətta maşını idarə edə bilməyəcək dərəcədə sərxoş olan şəxslər evlərinə geri qayıtmaq üçün avtomobillərində olan avtopilotdan "yararlanırlar".

"Tesla"nın avtopilot sistemi isə sürücünün aktiv nəzarətini tələb edən yardımçı sistemdir. Avtopilot sistemi aktiv olduqda yatmaq olmaz, çünki sistem sürücünün ayıq olduğundan əmin olmaq üçün onun göz hərəkətlərini izləyir. Sərxoş vəziyyətdə olan sürücü ayıq qala bilmədiyi üçün sistemi izləmək iqtidarında olmur və bu hal sürücü üçün faciəvi sonluqla bitir.

K.Braunun idarə etdiyi “Tesla”nın daxili monitorinq sistemi sürücünün gözlərinin uzun müddət bağlı olduğunu aşkar etdiyi üçün əvvəlcə xəbərdarlıq edib, cavab gəlmədikdə isə təhlükəsizlik sistemi işə düşərək avtomobili elə magistralın ortasında dayandırıb.


Teqlər: Tesla   Sürücü  



Xəbər lenti