İki qadın güləşçimiz yarımfinalda

İki qadın güləşçimiz yarımfinalda
  23 Aprel 2026    Oxunub:2432
Azərbaycanın 2 qadın güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Jalə Əliyeva (57 kiloqram) və Birgül Soltanova (65 kiloqram) 1/4 finalda rəqiblərinə qalib gələrək növbəti raunda adlayıblar.

Ruzanna Məmmədova (62 kiloqram) isə həmin mərhələdə uduzub.
Günay Qurbanova (59 kiloqram) bu gün bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Aprelin 26-dək davam edəcək Avropa çempionatında Azərbaycan 25 güləşçi ilə təmsil olunur. Daha əvvəl yunan-Roma güləşçiləri Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qızıl, Nihat Məmmədli (60 kiloqram), Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.


Teqlər: İdman   Güləş  



Xəbər lenti