Çin uçan avtomobillərin istehsalına başlayır
Şirkət bu il Çinin cənubundakı Quançjou şəhərində robotaksi sınaqlarına başlamağı planlaşdırır. “Xpeng”in prezidenti 2027-ci ili tərəfdaşlarla qlobal sınaq üçün “kritik” adlandırıb. Şirkət qarşıdakı on səkkiz ay ərzində bir neçə yüz ilə bir neçə min arasında robotaksi avtomobili istehsal etməyi planlaşdırır.
İlkin mərhələdə humanoid robotlar müştəri xidmətlərində, qəbul işçiləri və satış məsləhətçiləri kimi istifadə ediləcək. Şirkət rəhbərliyinin fikrincə, uzunmüddətli perspektivdə robototexnika miqyas baxımından avtomobil sənayesini üstələyə bilər. “Humanoid robotların həyatımızda getdikcə daha çox tətbiq olunduğunu görəcəyik”, - deyə Brayan Qu vurğulayıb.
“Xpeng” beynəlxalq iştirakını fəal şəkildə genişləndirir və hazırda təxminən 60 ölkədə fəaliyyət göstərir. Keçən il xarici bazarlar şirkətin satışlarının təxminən 10 faizini və gəlirlərinin təxminən 15 faizini təşkil edirdi. Növbəti beş-on ildə “Xpeng” gəlirlərinin yarıdan çoxunun Çindən kənardan daxil olacağını gözləyir.
Teqlər: Çin







Vaxtında, Aydın, Lazımlı!


