SOCAR: "İstədikləri vaxt Pakistana maye qaz göndərə bilərik"

   SOCAR: "İstədikləri vaxt Pakistana maye qaz göndərə bilərik"
  21 Aprel 2026    Oxunub:2180
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İslamabaddan rəsmi müraciət daxil olan kimi Pakistana mayeləşdirilmiş təbii qaz (LNG) tədarük etməyə hazır olduğunu bildirib.
Azvision.az xəbər verir ki, bu barədə şirkətdən aprelin 21-də "Reuters" agentliyinə məlumat verilib.

Pakistan ciddi enerji çatışmazlığını həll etmək üçün hazırda dünya bazarından dərhal çatdırılma şərti ilə (spot) qaz axtarır.

SOCAR-ın məlumatına görə, 2025-ci ildə "SOCAR Trading" ilə "Pakistan LNG" arasında imzalanmış çərçivə sazişi bu ölkəyə sürətləndirilmiş prosedurla birbaşa mayeləşdirilmiş təbii qaz almaq imkanı verir.

Pakistanın enerji balansı qazdan yüksək dərəcədə asılıdır. Daxili hasilatın azalması, İran-ABŞ-İsrail müharibəsi fonunda təchizatın pozulması, qlobal LNG qiymətlərinin qeyri-sabitliyi İslamabadı çətin iqtisadi vəziyyətlə üz-üzə qoyub.

M.Həsənli


Teqlər:



Xəbər lenti