Azərbaycanda İmmunizasiya Həftəsi – Uşaqların peyvəndlənməsi necə aparılır?
Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, immunizasiya yoluxucu xəstəliklərdən qorunmanın ən effektiv və təhlükəsiz üsullarından biridir. Peyvəndlər vasitəsilə qızılca, məxmərək, epidemik parotit, göyöskürək, difteriya, tetanus, poliomielit, vərəm, hepatit B və digər infeksiyaların qarşısını almaq mümkündür.
Qeyd olunub ki, ölkəyə gətirilən bütün vaksinlər beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq ciddi nəzarətdən keçirilir, onların saxlanması və daşınması “soyuq zəncir” sistemi ilə təmin olunur.
Mütəxəssislər vurğulayır ki, uşaqların peyvəndlənməsi yalnız fərdi sağlamlığı deyil, həm də ictimai sağlamlığı qoruyur. Kollektiv immunitetin formalaşması xəstəliklərin yayılmasının qarşısını alır və peyvənd oluna bilməyən şəxsləri də dolayı yolla müdafiə edir.
Azərbaycanda uşaqlar üçün profilaktik peyvəndlər dövlət proqramına uyğun həyata keçirilir və dövlət tibb müəssisələrində ödənişsiz aparılır. Peyvəndlər uşaqların ən riskli dövrlərdə müxtəlif infeksiyalara qarşı immunitet qazanmasını təmin edir.
Röya Əliyeva
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


