"Yerdən ayağını quş kimi üzüb..." - Robot insana qalib gəldi!

   "Yerdən ayağını quş kimi üzüb..." -     Robot insana qalib gəldi!
  19 Aprel 2026    Oxunub:2554
Çinin paytaxtı Pekində insanabənzər robotların və insanların 21 kilometrlik birgə yarımarafonu keçirilib. Yarışda rekord sayda - 112 komanda iştirak edib. Onların arasında Almaniya, Fransa və Braziliyadan olan robotlar da var. Robotlar və insanlar paralel zolaqlarda, amma eyni trekdə yarışıblar.

Robotların bəziləri avtonom, bəziləri isə uzaqdan idarəetmə ilə hərəkət edib. Hər bir robotun marafon boyu hərəkətlərinin, o cümlədən batereyalarının dəyişdirilməsinin qaydalara uyğunluğunu ayrıca hakimlər nəzarətdə saxlayıb.

Yarışın qalibi “Shandian” adlı robot olub. O, yarımarafonu 50 dəqiqə 26 saniyə nəticə ilə başa vurub. Yarışdakı insanların nəticələri robotdan geri qalıb. Belə ki, Cao Haycie kişilər arasında 1 saat 7 dəqiqə 47 saniyəyə, Van Çiaosia isə qadınlar arasında 1 saat 18 dəqiqə 6 saniyəyə finişə birinci çatıb.


Qeyd edək ki, Çində insanabənzər robotların iştirakı ilə yarımarafon ilk dəıfə 2025-ci ildə keçirilib. Həmin marafonda “Tiangong” adlı robot 2 saat 40 dəqiqə 42 saniyə göstərici ilə birinci olub.


Teqlər: Robot   Çin  



Xəbər lenti