ChatGPT ekstremizmə meyilli istifadəçiləri müəyyən edəcək

   ChatGPT    ekstremizmə meyilli istifadəçiləri müəyyən edəcək
  03 Aprel 2026    Oxunub:3501
ChatGPT ekstremizmə meyilli istifadəçiləri müəyyən edərək onları “deradikalizasiya” məqsədli xüsusi çat-botlara yönləndirəcək. AzVision.az bu barədə Reuters agentliyinə istinadən məlumat verir.
Agentliyin məlumatına görə, bu təşəbbüs artan məhkəmə iddiaları fonunda təhlükəsizlik məsələlərinin həllinə yönəlib.

Yeni alətin hazırlanması ilə Yeni Zelandiyanın ThroughLine startapı məşğul olur. Şirkət bu layihə çərçivəsində OpenAI, eləcə də onun rəqibləri olan Anthropic Google ilə əməkdaşlıq edir.

ThroughLine hazırda istifadəçilərin yazılarında özünə zərər yetirmə, məişət zorakılığı və ya qidalanma pozuntuları ilə bağlı riskləri aşkar etdikdə onları müvafiq dəstək xidmətlərinə yönləndirir. İndi isə şirkət funksiyalarını genişləndirərək zorakı ekstremizmin qarşısının alınmasına yönəlmiş həllər üzərində işləyir.

Layihə çərçivəsində ThroughLine The Christchurch Call təşəbbüsü ilə əməkdaşlıq edəcək. 2019-cu ildə Yeni Zelandiyada baş verən terror aktından sonra yaradılan bu platforma internetdə nifrət çağırışlarına qarşı mübarizə aparır.

Bildirilib ki, The Christchurch Call ekstremist məzmun aşkar edildikdə ekspert tövsiyələri təqdim edəcək, ThroughLine isə operativ müdaxilə üçün xüsusi çat-botun hazırlanmasını həyata keçirəcək.

Səbinə Həsənova
AzVision.az



Teqlər:



Xəbər lenti