Bakıda və Abşeronda yağıntı aylıq normanı 95% üstələyib

   Bakıda və Abşeronda yağıntı aylıq normanı    95%    üstələyib
  27 Mart 2026    Oxunub:2303
Hidrometeorologiya Xidməti: Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 195 %-ni təşkil edib
Martın 27-si saat 20:00-a olan məlumata əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq, Qrıza qar, ölkənin əksər bölgələrinə isə yağış yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında da intensiv xarakterli yağış yağır. Yağan yağıntının miqdarı 46 mm qeydə alınır ki, bu da aylıq normanın 195 %-ni təşkil edir.


Teqlər:



Xəbər lenti