Süni intellektlə hazırlanmış CV-lər işə qəbul şansını azalda bilər

 Süni intellektlə hazırlanmış CV-lər    işə qəbul şansını azalda bilər
  26 Mart 2026    Oxunub:4070
Süni intellektdən istifadə etməklə hazırlanan CV-lər işə qəbul prosesində namizədlərin üstünlüyünü zəiflədə bilər. Bu barədə HR mütəxəssisi Zuliya Loikova “Komsomolskaya pravda” radiosuna açıqlamasında bildirib.
Onun sözlərinə görə, süni intellekt texnologiyaları CV hazırlanmasını xeyli asanlaşdırır, məlumatların strukturlaşdırılmasını sürətləndirir. Lakin CV-lər şablon xarakterli olduğundan namizədlərin fərdi xüsusiyyətlərinin arxa plana keçir.

Ekspert qeyd edib ki, işə qəbul zamanı insan faktoru həlledici olaraq qalır. Onun fikrincə, avtomatlaşdırılmış sistemlər namizədin təcrübəsini və motivasiyasını tam əhatə edə bilmir, xüsusilə də “yumşaq bacarıqlar”ın qiymətləndirilməsində ciddi məhdudiyyətlər mövcuddur.

Loikova əlavə edib ki, rekruiterlər süni intellekt vasitəsilə hazırlanmış CV-ləri asanlıqla müəyyən edə bilirlər. Baxmayaraq ki, işəgötürənlər ilkin seçim mərhələsində bu texnologiyalardan geniş istifadə edir, yekun qərar yenə də insan tərəfindən verilir.

Mütəxəssis vurğulayıb ki, süni intellektdən istifadə zamanı mətn mütləq fərdiləşdirilməli, standart ifadələrdən uzaq durulmalıdır. Əks halda, şablon yanaşma namizədin işə qəbul şansını əhəmiyyətli dərəcədə azalda bilər.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər: Süni-İntellekt  



Xəbər lenti