Kuryerləri robotlar əvəz edə bilər

Kuryerləri robotlar əvəz edə bilər
  25 Mart 2026    Oxunub:1583
Moskva şəhərində kuryerlərin robot-kuryerlərlə əvəzlənməsi planlaşdırılır.
AzVision.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəisi Oleq Baranov məlumat verib.

Onun sözlərinə görə, layihə hökumət və Yandex kimi iri şirkətlərlə birgə həyata keçirilir.

Bildirilir ki, robot-kuryerlər saatda 3–5 km sürətlə hərəkət edir və yol hərəkəti qaydalarına əməl edir.

Röya Əliyeva


Teqlər:



Xəbər lenti