Buzovna qoruğunda qaya daşı oğruları saxlanılıb

Buzovna qoruğunda qaya daşı oğruları saxlanılıb
  24 Mart 2026    Oxunub:1166
Buzovna qəsəbəsi ərazisindəki qoruqda qaya daşlarının qəsdən zədələnməsi barədə daxil olan məlumat əsasında araşdırmalar aparılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatına görə, martın 23-də polis əməkdaşları qanunsuz fəaliyyətin qarşısını alıb.

Araşdırmalar zamanı qanunsuz işlərin 1978-ci il təvəllüdlü Ələsgər Cəfərov tərəfindən təşkil olunduğu, qaya daşlarının çıxarılmasının isə 1985-ci il təvəllüdlü Təbriz Orucovun idarə etdiyi texnika vasitəsilə həyata keçirildiyi müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başladıb, Ə.Cəfərov məsuliyyətə cəlb olunub.

Araşdırmalar davam edir.



Teqlər:



Xəbər lenti