Türk dövlətləri Türküstana toplanır

 Türk dövlətləri Türküstana toplanır
  21 Mart 2026    Oxunub:2289
Qazaxıstanın Türküstan şəhəri cari ilin may ayının ortalarında Türk Dövlətləri Təşkilatının (TDT) liderlərinin növbəti yüksək səviyyəli görüşünə ev sahibliyi edəcək.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türküstan vilayətinə işgüzar səfəri zamanı ictimaiyyət nümayəndələri qarşısında çıxış edərkən bildirib.

Dövlət başçısı qeyd edib ki, müasir dövrün qlobal çağırışları fonunda bu görüşün keçirilməsi böyük strateji əhəmiyyət daşıyır:

"Dünyada mövcud qeyri-sabit vəziyyət şəraitində bu beynəlxalq tədbir xüsusi əhəmiyyət kəsb edir. Hökumət və vilayət rəhbərliyi bu sammitin yüksək keyfiyyətlə təşkilinə birinci dərəcəli önəm verməlidir".

AzVision.az


Teqlər:



Xəbər lenti