ETX-nin komandası beynəlxalq kiber yarışda uğurlu nəticə göstərib
Məlumata görə, Belarus Respublikasının Prezidenti yanında Operativ-Analitik Mərkəzin dəstəyi və Milli Trafik Mübadiləsi Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan təmsilçiləri üç mərhələdən ibarət mübarizədə 57 komanda arasında 4-cü yerə layiq görülüblər.
Yarış proqramına əsasən, iştirakçılar kiber müdafiə və insidentlərin cavablandırılması üzrə mürəkkəb tapşırıqları yerinə yetiriblər.
Martın 3-dən 5-dək keçirilən yarışda Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Rusiya və Özbəkistandan olan kibertəhlükəsizlik mütəxəssisləri iştirak ediblər.
Qeyd olunur ki, bu cür beynəlxalq yarışlar mütəxəssislər arasında təcrübə mübadiləsinin genişlənməsinə, praktiki bacarıqların inkişafına və ölkələrin kibertəhlükəsizlik potensialının gücləndirilməsinə mühüm töhfə verir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


