Kimlər fitrə zəkatı verməlidir?
Din xadimlərinin sözlərinə görə, fitrə zəkatı həm cəmiyyətdə həmrəyliyi gücləndirir, həm də hər kəsin bayram sevincini yaşamasına şərait yaradır.
Bəs fitrə zəkatı nə qədərdir?
Mütəxəssislər bildirirlər ki, fitrə zəkatının məbləği əsas ərzaq məhsullarının orta qiymətinə uyğun olaraq müəyyən edilir. Bu məbləğ adətən bir nəfər üçün gündəlik qida normasına bərabər hesablanır. Qazılar Şurasının fətvasına görə imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
Qeyd olunur ki, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Ailənin başçısı isə öz himayəsində olan şəxslərin adından da bu zəkatı verməlidir.
Şəriətə görə, bu, hər bir ailəyə bayram ovqatı yaşatmaq məramı daşıyır.
Röya Əliyeva
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


