Energetik içki Azərbaycana buraxılmadı

Energetik içki Azərbaycana    buraxılmadı
  17 Mart 2026    Oxunub:1962
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində Sərxan Hüseynqulu oğlu Abbasovun Türkiyədən idxal etdiyi energetik içkinin tərkibində dərman vasitələrində istifadə edilən sildenafil maddəsi aşkar olunub.
“Tayaş Gıda Sanayi ve Ticaret Anonim Şirketi” müəssisəsinin istehsalı olan "DBL Drink Diblong" əmtəə nişanlı (istehsal tarixi 20 iyul 2025 – son istifadə tarixi 20 iyul 2027) energetik içki məhsulu partiyası məhv edilib.

AQTA-nın məlumatında deyilir ki, faktla bağlı qanunvericiliyə uyğun olaraq həmin məhsul partiyası məhv edilib, həmçinin həmin istehsalçı tərəfindən istehsal olunan məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq olunub.


Teqlər:



Xəbər lenti