Bakı və Sumqayıtda yaşıllıqlara 73 mindən çox zərər vurulub

Bakı və Sumqayıtda yaşıllıqlara 73 mindən çox zərər vurulub
  13 Mart 2026    Oxunub:2122
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərlərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə AzVision.az -a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Zığ şosesi, Xəzər rayonu Zirə qəsəbəsi, Nəsimi rayonu H.Sarabski, A.Qurbanov və S.Salayev küçələrinin əhatə etdiyi ərazidə və Sumqаyıt şəhəri 20-ci məhəllədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 73320 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.


Teqlər:



Xəbər lenti