NASA-nın peyki Yerə doğru uçur
Təxminən 600 kiloqramlıq apparat 2012-ci ilin avqust ayında onun əkiz raketi olan “Van Allen Probe B” ilə birlikdə kosmosa buraxılıb. Hər iki peyk Yer kürəsinin radiasiya qurşaqlarını, həmçinin Van Allen radiasiya qurşaqlarını öyrənmək üçün nəzərdə tutulmuşdu.
NASA atmosferdən keçərkən peykin əksər hissəsinin yanacağını gözləyir, lakin onun konstruskiyasının bəzi elementləri Yerin səthinə düşə bilər.
Yer üzündə kiminsə zərər çəkməsi riski olduqca azdır - təxminən 4200-də 1. Bu, təxminən 0,02% ehtimala uyğundur. Alimlər bildirirlər ki, Yer səthinin təxminən 70%-i okeanlarla örtülüdür, buna görə də peykin bəzi qalıqları atmosferə daxil olsa belə, onların yaşayış məntəqələrinə yox, açıq okeana düşməsi ehtimalı daha yüksəkdir.
Atmosferə daxil olma vaxtı və tarixi ilkin hesablamalar çərçivisində qalır. Yeni məlumatlar əldə olunduqca mütəxəssislər öz hesablamalarını dəqiqləşdirəcəklər.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


