Deputat vətəndaşları qəbul edib
Görüş zamanı deputat Elnarə Akimova vətəndaşlarla birbaşa ünsiyyətin onların problemlərinin operativ və səmərəli həllinə mühüm töhfə verdiyini vurğulayıb. O bildirib ki, qəbul zamanı qaldırılan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacaq, səlahiyyətləri çərçivəsində müvafiq dövlət qurumları ilə əməkdaşlıq edilərək problemlərin həlli istiqamətində zəruri tədbirlər görüləcək.
Sonda qeyd olunub ki, vətəndaş qəbulları seçicilərlə davamlı dialoqun qorunması, onların sosial rifahına təsir edən məsələlərin birbaşa dinlənilməsi və həlli istiqamətində sistemli fəaliyyətin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və bu görüşlər mütəmadi şəkildə davam etdiriləcək.
Teqlər: Qəbul Milli-Məclis







Vaxtında, Aydın, Lazımlı!


